Türkiyə və Yunanıstan arasında gərginlik davam edir.
Artıq Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.
Bəyanatda bildirilir ki, Yunanıstanın 8 qiyamçı hərbçini ölkəmizə təhvil verməməsi münasibətlərimizə ciddi şəkildə təsir göstərəcək: “Ədalətli və tərəfsiz olmasına ümid etdiyimiz yunan məhkəməsinin bu qərarı bizdə bir daha xəyal qırıqlığı yaratdı”.
Qeyd edək ki, Türkiyə XİN-nin qiyamçı hərbçilərlə bağlı növbəti tələbini yenə Yunanıstan tərəfi rədd edib/Modern.az.