XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 08:23

Tale Bağırzadədən kəskin xəbərdarlıq – Komitə sədrinin müavini isə “məsələ bizlik deyil” deyir

“Müsəlman birliyi hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə “Facebook” sosial şəbəkəsi vasitəsilə qurumun sədr müavini Elçin Qasımlının həbs olunmasına kəskin reaksiya verib.

O, bildirib ki, Elçin Qasımlıya qarşı hər hansı hüquqazidd addım atılarsa, bunun əvəzini sərt ödəyəcəklər: “Biz onun dərhal, qeyd-şərtsiz azad olunmasını tələb edirik!”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Modern.az saytına açıqlamasında birmənalı şəkildə məsələnin komitə ilə heç bir bağlılığının olmadığını vurğulayıb: 

“Komitə Azərbaycanın din üzrə siyasətini həyata keçirir. Eyni zamanda, ölkədə mövcud olan müxtəlif dinlərin fəaliyyətinə nəzarət, onlara müəyyən yardımlar edir, köməklik göstərir. Amma sırf dindarlara dindarlığın mahiyyəti barədə məlumat oxumaq bizim işimiz deyil. Tale Bağırzadə dini qrupun lideridir. Onun fəaliyyətini daha çox Qafqaz Müsəlmanları İdarəsi tənzimləyir, əlaqələndirilir. çünki o, sırf dindardır. Hansısa dindarın fəaliyyəti ilə bağlı məsələnin bizə dəxli yoxdur. O, nə bizim kadrımız, nəzarətimizdə olan birlik, nə də hansısa rayon təşkilatımızın sədridir”.

Komitə rəsmisinin sözlərinə əsaslansaq, belə nəticəyə gəlmək olar ki, istənilən şəxs istədiyi dini birlik, cəmiyyət yaradaraq Azərbaycanda istədiyini edə bilər və bu qətiyyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid olmayacaq?

Səyyad Aran bu məsələlərin qanunla tənzimlənməli olduğunu deyib:

“Bu müvafiq qurumların hərəkəti və fəaliyyəti qanunla tənzimlənir. Bizim kimisə yönləndirmək  ixtiyarımız yoxdur. Ola bilər ki, şəxsin cinayət tərkibli əməli var, bunu hüquq-mühafizə orqanları müəyyənləşdirir. Onu biz tutmamışıq. O birlik həm də bizim qeydiyyatımızdan keçməyib. Məsələ bizlik deyil”.

Xatırladaq ki, Elçin Qasımlı dünən Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb.

Bundan hiddətlənən islamçılar və “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu Elçin Qasımlının saxlandığı Sabunçu rayon polis idarəsinin binasını əhatəyə alıblar. Onlar Elçin Qasımlının dərhal azad olunmasını tələb edib. Amma dindarların bu aksiyasına imkan verilməyib. Məlumata görə, bir neçə nəfər də saxlanılıb.