XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 23:19

Moqerini:“ABŞ dünya problemlərinin həllində liderliyi itirir”

"ABŞ dünya problemlərinin həllində liderliyi itirir, Avropa İttifaqı isə əksinə etibarlı tərəfdaşa çevrilir".

Bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini bəyan edib.

Avropa İttifaqı dünyada irimiqyaslı problemlərin həllində etibarlı tərəfdaş mövqeyi tutmaq imkanına malikdir. ABŞ isə bir çox sahələrdə liderliyi itirir”, – deyə, F.Moqerini bildirib.

ABŞ prezidenti Donald Trampın gözlənilməz siyasəti barədə sualı cavablandıran F.Moqerini bildirib ki, Avropanın yolu təxribatlarla oynamaqdan ibarət deyil.

“İnsanlar Avropa İttifaqından nə gözlədiklərini bilirlər. Hazırkı geopolitik vəziyyətdə isə bu çox önəmlidir”, – deyə, F.Moqerini vurğulayıb. 

APA