XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 11:43

Prezident köməkçisi:"BMT sanksiyaların həyata keçirilməsi üçün iradə göstərsə, işğal altındakı torpaqlar azad olar"

BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə çıxarıb. Amma Ermənistanın öz yanaşması var və onu BMT Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr var.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda panel sessiyada sualları cavablandırarkən deyib.

O qeyd edib ki, himayədarları Ermənistana qarşı vaxtında sanksiyaların tətbiq olunmasına imkan vermirlər: “BMT verdiyi sanksiyanın bir gündə həyata keçirilməsi üçün ortaya iradə qoysa, işğal altındakı torpaqlar azad olar”.

Trend