XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 13:16

YAP adı qalmaqalda hallanan təşkilat sədri ilə yollarını ayırdı –Konfrans

YAP Pirallahı rayon təşkiatının konfransı keçirilib. 

Strateq.az "Qafqazinfo”ya istinadən bidirir ki, yığıncaqda  təşkilati məsələlərə baxılıb. 

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Şikarov YAP Pirallahı rayon təşkilatının sədri seçilib:

"Qoçalı Mahmudov, Əli Kərimov, Baxarəddin Rəsulov və Bəxtiyar Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib". 

Təşkilati məsələlərdən sonra çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, YAP Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcək. 

Strateq.az onu da bildirir ki, təşkilatın sabiq sədri Manaf Manafovun adı xidməti avtomobili ilə adam vurub öldürülməsində hallanıb. Görünür, elə bu faktın mediada kütəvi yayıması, ölən şəxsin valideynlərinin davamlı şikayətləri onun hakim partiyadakı karyerasına son qoyub…