XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 15:52

“Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi?” –Ziya Məmmədovun qardaşı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə daha bir zərbə alması barədə xəbərlər yayılıb.

Azadliq.info iddia edir ki, onun şəxsi təyyarəsini müsadirə ediblər.

Strateq.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org sabiq nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb.

O, qardaşı haqqında yazılan iddia ilə bağlı bu fikirləri səsləndirib: 

"Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də!

Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın. Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim. Bu məsələyə mən münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.