XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 13:24

“The Washington Times”: “Kremlin qisası ağır olacaq”

putin barmaq.jpg

“ötən həftə Rusiya avialaynerinin Misirdə qəzaya düşməsinin rəsmi olaraq əsaslandırılmış səbəbləri barədə bizim əlimizdə məlumat yoxdur. Qərb beynəlxaq KİV-ə qəzaya təyyarənin göyərtəsinə bomba qoyulmasının səbəb olması ilə bağlı xüsusi xidmət orqanlarının fikirini açıqlayıb”.

L.Todd Vud “The Washington Times” qəzetində yazdığı məqalədə bu barədə fikirlərini bölüşüb.

Müəllif məqaləsində ruslar və misirlilərin bu məsələdə xüsusi maraqlarının olduğunu qeyd edir:

“Misir “ərəb baharı”ndan sonra ölkəyə gəlməyə başlayan turist axınının yenidən kəsiləcəyindən qorxur. Rusların qorxuları isə aydındır. Kerml Ukraynadakı müharibənin ağır nəticələrini əhalinin böyük hissəsindən məharətlə gizlədə bildi. ölən əsgərlərin anaları məlumatın açıqlanmayacağı barədə öhdəlik götürdülər. Amma 200 nəfərin Rusiya təyyarəsində həlak olmasını gizlətmək mümkün olmayacaq. Rusiya prezidenti Vladimir Putun əhali arasında ruslarn harada yaşamasından asılı olmayaraq onları müdafiə edən lider reputasiyasına malikdir.  Rusiya ictimaiyyəti susmayacaq və buna görə də, İŞİD-in cinayətinin cəzasız qalmasına imkan verməyəcək. Mən Rusiyanın yaxın gələcəkdə daha geniş hərbi əməliyyatlara başlayacağını proqnozlaşdırıram.

Bəli, bu çox baha başa gələcək. Rusiyanın isə indi pulu yoxdur. Amma Putinin hərəkət etməkdən başqa yolu da yoxdur. Ruslar isə artıq çoxdan dövlət maraqları naminə cəfa cəkməyə öyrəşiblər.”

Strateq.az