XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 18:41

«The Guardian»: «İran əfqanları Əsəd uğrunda ölümə göndərir»

«İran ölkəsindəki əfqan qaçqınları Suriyaya Əsəd uğrunda döyüşməyə və ölməyə göndərir».  Bu fikirlər «The Guardian»ın son sayında dərc olunan məqalədəndir. 

Strateq.az xəbər verir ki, məqalədə İranın əfqanlardan muzdlu döyüşçü kimi istifadə etməsindən bəhs olunur: “İran muzdla tutduğu əfqanlara aylıq maaş və sığınacaq təklif edir. Həmçinin bildirir ki, onlar müqəddəs missiya – şiələrin xilası uğrunda savaşa yollanırlar. Əfqanların hərbi birliyi «Fatemioun» adlanır. Bu, livanlı döyüşçülərin toplandığı «Hizbullah»dan sonra tərkibində əcnəbilər olan və Əsədə dəstək verən ikinci böyük birlikdir”. 

İran mediasının məlumatlarına görə, Suriyada savaş başlayandan sonra «Fatemioun»un 200 üzvü döyüşlərdə həlak olub. Lakin rəqəmin bundan böyük olduğu da istisna olunmur. 

Maraqlıdır ki, İran Suriyadakı döyüşlərdə iştirak etmədiyini, Əsədin əsgərlərinə yalnız təlim verdiyini iddia edir. Lakin Suriyada iranlı generalların öldürülməsi, Tehranın Əsəd üçün döyüşçülər toplaması bu iddianın gerçəkliyini şübhə altına salır. 

«The Guardian» onu da öyrənib ki, əfqan döyüşçülər Məşhəd və Qum şəhərlərində toplanır. Bunlar əfqan qaçqınların ən çox olduğu İran şəhərləridir.