XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 19:13

Rusiya təyyarəsinin qara qutusu açıldı – Bomba səsi…

Oktyabrın 31-də Misirin Şarm Əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan və havaya qalxandan 23 dəqiqə sonra qəzaya uğrayan Rusiyanın A321 təyyarəsinin qara qutusu açılıb.

Strateq.az xəbər verir ki, bu barədə Fransanın «France 2» telekanalı məlumat yayıb. Məlumata görə, qara qutudakı səsyazma qurğusu bomba səsini qeydə alıb. Və partlayışdan dərhal sonra qurğunun səsyazma funksiyası dayanıb.

Ətrafa yayılan dəhşətli partlayış səsinin mühərrikdəki nasazlıqla bağlı olmadığı xəbərdə xüsusi qeyd olunur. 

Qeyd edək ki, ilk gündən İŞİD təyyarəni onların partlatdığını bəyan etsə də, Misir və Rusiya hökumətləri bu versiyanı inkar edirdi. 

Rəsmi Moskva və Qahirədən fərqli olaraq ABŞ və Britaniya hökumətləri hadisənin terakt olduğunu və təyyarənin göyərtəsində bomba ola biləcəyini istisna etməmişdi.

Hadisə Misir hökumətinin rəhəbrlik etdiyi istintaq komissiyası tərəfindən araşdırılır. İstintaqın bir aya yaxın davam edəcəyi bildirilir.