XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2017 - 21:00

Pakistan ordusu Əfqanıstanın 5 məntəqəsini, 50 əsgərini məhv etdi –General itkiləri təsdiqlədi

Bu gün Pakistan ordusu Əfqanıstanla sərhəddə əməliyyat keçirib.

Strateq.az xarici mediaya istinadən bidirir ki, sərhəd bölgəsində keçirilən əməliyyat zamanı Pakistan ordusu Əfqanıstan ordusunun 5 nəzarət buraxılış məntəqəsinə zərbə endirib: "Nəticədə 50-yə yaxın əfqan əsgəri öldürülüb".

Pakistan ordusunun generalı Nadim Ahmed sərhədin Çaman bölgəsində Əfqanıstanın 5 buraxılış məntəqəsinin məhv edildiyini təsdiqləyib:

"Bəli, bu əməliyyatda 5 əfqan məntəqəsi məhv edildi, 50-yə yaxın əfqan təhlükəsizlik əməkdaşı öldürüldü. Təəssüf ki, bu əməiyyat zamanı biz də 2 əsgərimizi itirdik, 9 əsgərimiz isə yaralandı".