XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 06:28

Yazıçılar Birliyindən mitinq açıqlaması…

Yazar Seymur Baycan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı gənclərə müraciət edib. O, öz müraciətində gəncləri mitinqdə iştirak etməməyə çağırıb. Səbəb kimi isə Milli Şuranın sədri Cəmil Həsənlinin hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvü olmağını, birliyin sədri Anar Rzayevi müdafiə etməyini göstərib: “Təkcə bu fakt Cəmil Həsənlinin nə qədər qeyri-ciddi və prinsipsiz adam olduğunu sübut edir. Mitinqə aparmağa adam lazımdırsa, qoy Cəmil Həsənli zəhmət çəkib Azərbaycan Yazıçılar Birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz daha yaxşı olar”.

Bunu da yazıçı Seymur Baycan deyib.

Strateq.az xəbər verir ki, bu bəyanatına xalq yazıçısı, AYB sədri Anar əleyhinə olan yazıların yayımlanmasına etiraz əlaməti olaraq danışmaqdan imtina edib.

Amma AYB katibi Rəşad Məcid “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ümumiyyətlə C.Həsənlinin AYB üzvü olub-olmaması barədə məlumatı yoxdur:

“Bəlkə nə zamansa fəxri üzvü olub, məlumatım yoxdur. Cəmil Həsənli Yazıçılar Birliyinin üzvü kimi aktiv fəaliyyətdə deyil, birliyə də gəlib getmir. Birliyin də 1500 üzvü var. Belə çıxır ki, birliyin hansısa bir üzvü nəsə bir söz deyəndə, ya da aksiya keçirəndə bütün digər üzvlər də onu dəstəkləməli, ya da bu aksiyaya qoşulmalıdır? Hərənin özünə görə bir düşüncəsi var. Azərbaycan Yazıçılar Birliyi elə bir qurum deyil ki, ya Müsavat Partiyası, ya da Milli Şura kimi öz üzvlərinə desin ki, gəlin aksiyaya. Yazıçılar Birliyinin üzvləri azad insanlardır, hamısının da azad düşüncələri var. Kim hara istəsə gedə bilər”.

R.Məcid xatırlatdı ki, S.Baycan vaxtaşırı Anarın yaradıcılığını, qələmini müdafiə edənlərlə bağlı buna bənzər nələrsə deyib. Onun sözlərinə görə, yazar Müsavatın keçmiş başqanı İsa Qəmbəri da kitab şkafında Anarın kitabı olduğuna, Anarı oxuduğuna görə qınayıb:

“Anar Azərbaycanın böyük ziyalısı, yazıçısıdır. Elə bir yazıçısıdır ki, onu hamı oxumalıdır. Müxalifət də, hakimiyyət də. Anarın son əsəri var, “Yaşamaq haqqı”. Onu Azərbaycanın hər bir ziyalısı, hər bir azərbaycanlı oxumalı, öyrənməlidir. Orda Azərbaycanın bütün dövrlərindən, xüsusən də son yüz ili barədə zəngin məlumatlar var. Onu İsa Qəmbər də oxumalıdır, Cəmil Həsənli də, Elnur Astanbəyli də. Seymur Baycan da oxuyub, bir az savadını artırmalıdır. Anar bu cür adamdır. Seymur Baycan gətirib onu öz xırda intriqalarına, səviyyəsinə salmaqla deyil ki. Anar müəllimə münasibət insanın özünün hansı səviyyədə olduğunu göstərir, bu təəssüratı formalaşdırır. Anar müəllimlə bağlı o cür düşünən adamlar aşağı səviyyəli, millətdən uzaq adamlardır”.