XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 12:42

“Bunu deməyə cəsarət tapmalıyıq, sanki müharibə islam dünyası ilə xristian dünyası arasında gedir” –Yəhudi deputat

"Böyük dövlətlər dünya tarixində heç bir dəyəri olmayan Ermənistan kimi dövlətin müdafiəsinə qalxır. Buna nə ad vermək olar? Ancaq "Xristian təəssübkeşliyi". Sanki bu müharibə Azərbaycanla Ermənistan arasında deyil, islam dünyası ilə xristian dünyası arasında gedir. Bunu deməyə cəsarət tapmalıyıq. Bu onu göstərir ki, dünya qütbləşir və artıq beynəlxalq hüquq işləmir”. 

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Yevda Abramov deyib.

Deputat bildirib ki, bu gün Şuşanın işğalından 25 il ötsə də, təəssüf ki, hələ də böyük dövlətlər Azərbaycan xalqının zaman-zaman başına gətirilən bu bəlaların qarşısında susur. Onun sözlərinə görə, dünya dövlətləri münaqişəyə müxtəlif aspektlərdən yanaşır:

"Özünün gücündən, potensialından istifadə edərək, balaca erməni dövlətinə təsir edə bilmir. Bunlar hamısı təəssüf doğurur. Siyasi aspektdən yanaşanda, müharibənin taleyi hələ də uzanır. Necə ola bilər ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin qəbul etdiyi qətnamələr işləmir? 

Halbuki, ABŞ, Fransa və Rusiya kimi dövlətlər Ermənistanı bir saat içində susdura bilər. Çox təəssüflər olsun ki, bu dövlətlər öz mənafelərinə görə susurlar, bir milyon məcburi köçkünümüzün həyatına heç bir reaksiya vermirlər. Ancaq vaxt gələcək və biz möhtəşəm qələbəmizi qazanacağıq, öz əzəli torpaqlarımıza qayıdacağıq”.