XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 13:28

Fransanın yeni prezidenti:"Ölkəni qoruyacağam, biz qorxuya təslim olmayacağıq”

 “Fransanın prezidenti olduğum dövrdə dünyada ölkənin mənafeyini qoruyacağam”.

Strateq.az bildirir ki, “France 24” televiziyasının məlumatına görə, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron ötən gecə tərəfdarları qarşısında çıxış edərkən deyib.

Makron az gəlirli kütlənin dəstəklənməsi, vətəndaşlar üçün iş və təhlükəsizliyin təmin edəcəyini vurğulayıb. O, ölkəni təhdidlər qarşısında qoruyacağını və ölkə xalqının birliyini təmin edəcəyini vəd edib.

"Biz qorxuya təslim olmayacağıq, biz təfriqəyə təslim olmayacağıq, mən təvazökarlıqla və qüdrətlə sizə xidmət edəcəyəm. Mən Respublika, Azadlıq, Bərabərlik və Qardaşlıq prinsiplərinə sadiq qalacağam. Bizim vəzifəmiz böyükdür. Ölkənin ümid etdiyi və layiq olduğu dəyişiklikləri aparacağıq".

Xatıradaq ki, Makron səslərin 66,6%-ni qazanaraq rəsmən bu ölkənin yeni prezidenti seçilib.

Fransa Daxili İşlər Nazirliyi səslərin 11,5% boş və ya korlanmış sayıldığını elan edib.