XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 15:52

Azərbaycanlı bələdiyyə nümayəndəsi rüşvətə görə tutulub –Gürcüstanda

Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.

 APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin apardığı operativ axtarış və istintaq tədbirləri nəticəsində bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.

 İstintaq müəyyən edib ki, Q. Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal vətəndaşı Aşoku K. adlı şəxslərə saxta arayış düzəltməyi vəd edib. Buna görə o, 5,5 min lari pul istəyib. O, 500 larini əvvəl, qalan qismini isə arayışı verərkən alıb. Pulu alarkən o, Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb və pul dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.