XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 19:11

X sinif dərslikərində nöqsanlar aşkarlandı –DİM yoxlama materialını nazirliyə göndərdi

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında  DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X  sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

DİM-dən Strateq.az-a verilən məumata görə, qiymətləndirilmə nəticəsində hazırlanmış  rəylər  (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş  X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün  http://www.trims.edu.az  saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb:

"Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınıb, lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib.

Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib".