XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 07:34

Almaniyadan sərt müraciət: «Siyasi sığınacaq üçün müraciət etməyin!»

Almaniya Daxili İşlər Nazirliyi Albaniya vətəndaşlarına sərt müraciət ünvanlayıb.

Nazirlik albanları siyasi sığınacaq üçün Almaniya hökumətinə müraciət etməyə son qoymağa çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə bu ilin əvvəlindən Albaniyadan bu məqsədlə 50 min müraciət daxil olub.

Rəsmi Berlin hesab edir ki, Albaniya demokratik ölkədir və və bu ölkənin vətəndaşlarının siyasi sığınacaq istəməyə heç bir əsası yoxdur. 

Daxili işlər naziri Tomas Mezer bildirib ki, bu müraciətlər əsassız hesab olunur və sürətli şəkildə – 3 həftə ərzində araşdırılaraq onlara rədd cavabı veriləcək: «Berlin Albaniyanı sakit və təhlükəsiz ölkələr sırasına daxil edib. Albanların siyasi sığınacaq istəməsi üçün heç bir əsasları yoxdur».