XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:03

İstehlak kreditlərinin verilməsi dayandırılır?

Azərbaycanda bankların verdiyi kreditlərin daha çox real sektora yönəldilməsinə şərait yaradılacaq.

Strateq.az ANS PRESS-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkə başçısının tövsiyəsi ilə kreditlər daha çox istehsal sahələri yaradan və iş yerləri açan iş adamlarına veriləcək. Belə iş adamları üçün faiz dərəcələri də aşağı salınacaq. “Mən düşünürəm ki, kreditlərin daha çox istehlak məqsədi ilə verilməsinə gərək yoxdur”,– deyə komitə sədri bildirib.

Ziyad Səmədzadənin sözlərinə görə, kreditlərdən əyalətlərin iqtisadi inkişafı üçün istifadə ediləcək. Bu məqsədlə həmçinin regional iqtisadi inkişaf mərkəzləri yaradılacaq. Ayrıca hər region üzrə sənaye zonaları, texnoparklar və s. təşkil ediləcək.