XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2017 - 17:45

Türkiyədə daha bir deputatın mandatı alındı –Məclisdən qərar

Türkiyədə kürdlərin partiyası sayılan HDP-nin daha bir deputatının mandatı alınıb.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, haqqında olan məhkəmə qərarının bu gün  Türkiiyə Böyük Millət Məclisində oxunması ilə millət vəkili Nursəl Aydoğanın da deputatı mandatı ləğv olunub

Xatırladaq ki, bundan əvvəl HDP-nin həmsədri Figen Yüksəkdağın da mandatı alınıb.

Nursəl Aydoğanın mandatının alınmasından sonra isə məclisdə deputat sayı 548-ə düşüb və partiyalara görə belə sıralanır: AKP 317, CHP 133, HDP 57, MHP 39 və müstəqil deputatlar 2 nəfər.

Strateq.az