Cənubi Koreyanın şərqində ABŞ savaş gəmisi ilə Cənubi Koreyaya məxsus olan balıqçı gəmisi toqquşub.
Strateq.az xarici mediaya istinadən bidirir ki, Ulleunxdo adasının 90 km-də təlim keçən ABŞ savaş gəmisi ilə içində 6 nəfərin olduğu, təxminən 10 ton ağırlığı, 20 metr uzunluğu olan balıqçı gəmisinin toqquşmasında ölən olmayıb.
ABŞ Dəniz Qüvvələri Komandanlığı qəzanın beynəlxalq sularda baş verdiyini təsdiqləyib və olayın "günlük təlim zamanı" baş verdiyini açıqlayıb: "Hər iki ölkə qəza iə bağlı cinayət işi açıb, araşdırma aparıır".