XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 16:06

Rəsmi Ankaradan ABŞ-a etirazlar artdı: “O silahların hər biri bizə təhdiddir”-Pentaqondan daha bir açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın PKK-nın Suriya qolu olan YPG-yə silah yardımı etməsinə kəskin etiraz edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk nazir "YPG-yə verilən hər silah Türkiyəyə qarşı təhdiddir" deyərək, Amerikanın Rəqqanın İŞİD-dən azad edilməsi üçün başqa bir terror qruplaşmasından istifadə etməsini kəskin pisləyib:

"Rəqqanın 99 faizi sünni ərəblərdir. Ora bir ərəb şəhəridir. Suriya və onun şəhərləri ilə bağlı addım atarkən, bunu dəqiq ölçüb-biçmək lazımdır. Əgər Suriyanin ərazi bütövlüyünü dəstəkləyiriksə, o zaman yanlış addım atılmamalıdır. YPG/PKK, bunların hər ikisi terror şəbəkəsidir, aralarında heç bir fərq yoxdur. Sadəcə, adları fərqlidir. Bunların əlinə geçən hər bir silah Türkiyəyə qarşı təhdiddir. Daha öncə YPG-yə verilən silahlar Türkiyədə PKK-nın əlində yaxalandı, bunun faktlarını, fotolarını dünyaya paylaşdıq. 

Bizim bu məsələdə fikirimizi ABŞ əla bilir. Bütün bunları prezident Ərdoğan ABŞ-a səfərində Trampla görüşündə də dəyərləndirəcək".

Strateq.az onu da bidirir ki, Böyük Britaniyaya səfər öncəsi az əvvəl hava limanında mətbuat konfransı keçirən baş nazir Binəli Yıdırım da ABŞ-ın PKK/YPG-yə silah yardımını qəbul etmədiklərini açıqlayıb: "ABŞ-ın belə bir addımını qəbul etməyimiz mümkün deyil".

Bu arada ABŞ Müdafiə Naziriyi Türkiyənin artan etirazı səbəbəri fonunda YPG-yə silah yardımı haqda daha bir rəsmi açıqlama yayıb.

Müdafiə naziri Mattisin adından yayılan açıqlamada Türkiyənin güvənliyi üçün rəsmi Ankara ilə çox yaxın təmas qurulacağı bildirilib: "Türkiyənin narahatlığını başa düşürük. Bu narahatlığı aradan qaldırmaq üçün yol tapacağıq. Türkiyənin sərhədi Avropanın sərhəddidir, bunu hər kəsin bilməsi lazımdır…".

Strateq.az