ABŞ xüsusi xidmət orqanları gizli dinləmə ilə İŞİD-in Suriya qanadı ilə Misir qanadı arasında keçən telefon söhbətindən xəbər tutub.
Strateq.az BBC-yə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatındakı mənbə tərəflərin Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsi haqda danışıdığını öyrənib. Məlumata görə, İŞİD-çilər lovğalıqla A321 təyyarəsini məhv etdiklərini bildiriblər.
Adının açıqlanmaması şərtilə «NBC Nightly News» proqramına danışan ABŞ kəşfiyyatçısı İŞİD-çilərin açıq-aşkar bayram etdiklərini bildirib: “Onlar açıq şəkildə bayram edirdilər. Cihadçılar tezliklə Sinayda mühüm bir hadisənin baş verəcəyini də deyirdilər”.
«Koqalımavia» şirkətinə məxus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub. Artıq Şarm əl-Şeyx aeroportunun direktorunu vəzifədən azad edilib.