XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 17:27

“Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş qrupu biz ifşa etmişik” –MN-dən "Mossad" iddiasına reaksiya

"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.

"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub", – deyə, mətbuat xidmətindən bildirilib.

APA