XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2015 - 07:23

5 ölkə Misirə uçuşları dayandırdı

Oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan Rusiya təyyarəsinin qəzaya uğraması bir neçə dövlətin bu ölkəyə uçuşları dayandırmasına səbəb olub.  

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Rusiya, Britaniya, Hollandiya, İrlandiya və Fransa Misirə uçuşları dayandırdığını rəsmən elan edib.

Rusiyadan bildiriblər ki, A321 təyyarəsinin qəzaya uğrama səbəbləri aydın olana qədər Misirə uçuşlar həyata keçirilməyəcək.

Ukrayna baş naziri Arseni Yatsenyuk isə ölkənin müvafiq qurumlarına Misirə uçuşların ukraynalılar üçün nə dərəcədə təhlükəli olduğunu araşdırmağı tapşırıb. Yatsenyuk bildirib ki, təhlükənin olacağı təqdirdə, məlum istiqamətə uçuşlar müvəqqəti dayandırılacaq.