XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2017 - 21:11

Lavrov:"Putinlə Tramp iyulda Hamburqda görüşəcək"

Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında görüş iyul ayında, Almaniyanın Hamburq şəhərində baş tutacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bu yaxınlarda prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşəcəklərini təsdiqləyiblər. Bu gün biz Reks Tillersonla görüşdə Suriya və digər məsələlərdə irəliləyişə nail olmaq və nəzərəçarpacaq nəticələrin əldə edilməsi məsələlərinə toxunduq”, deyə S.Lavrov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.  

APA