XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2017 - 21:43

Mehriban Əliyeva Vasim Məmmədəliyevi təltif etdi –"Qızıl çinar” beynəlxalq mükafatı ilə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibini elan edib.

Strateq.az xəbər verir ki, Mehriban Əliyeva mərasimdə Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, "Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə "Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.