XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 10:45

OPEC-ə üzv ölkələr neft hasilatının dondurulması haqda yenidən razılaşdı –Baş nazir açıqladı

OPEC-ə üzv ölkələr neft hasilatının dondurulmasının müddətinin uzadılmasına dair razılığa gəliblər.

Bunu İraqın Neft naziri Cabbar əl-Laibi bəyan edib.

“Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, deyə nazir bildirib.

Onun sözlərinə görə, razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

APA