“Ermənistanda Azərbaycan məhsulları qadağan olunmayıb, amma hər kəs belə məhsulu alıb-almamağa özü qərar versin”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Arutunyan deyib.
Erməni jurnalistlərdən biri isə əvvəllər də Azərbaycan məhsullarının Ermənistanda bazarlarında satıldığını və 2014-cü ildə 600 dollar dəyəri olan Azərbaycan xalçasının Yerevanda satıldığını bildirib.