XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 15:17

Səfirlik və ASC-də rəsmi maliyyə yoxlaması –Materiallar paramentə göndərildi

Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, icasda 2017-ci ilin iş planı üzrə həyata keçirilmiş aşağıdakı nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub:  

– Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;

– Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair.

Məlumata görə, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin Palatanın 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib.

Strateq.az