XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 20:57

Vaşinqtondan Moskvaya təhdid: “Rusiyayla savaşmaq istəmirik, amma…”

 

“Yeni pilotsuz təyyarə  sistemlərinə, uzaqmənzilli raketlərə, elektromaqnit relsli toplara, lazer, kosmik və kiber sahəsindəki yeni müxtəlif silahlara investisiya qoyuruq. çox maraqlı bir başqa investisiyamız da var ki, bu barədə açıqlama verə bilməyəcəyəm”.

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Eşton Karter Rusiya ilə əlaqələrinin pisləşdiyini şərh edərkən deyib. Kaliforniyanın “Ronald Reyqan Prezident Kitabxanası”nda keçirilən konfransda çıxış edən nazir onu da vurğulayıb ki, Rusiyanın mütəmadi olaraq nüvə döyüş təhdidini yüksəltməsi ölkə liderlərinin strateji sabitlik tərəfdarı olduqları barədə ifadələrini şübhə altında qoyur. 

Bununla belə, Karter Moskva ilə sülhsevər münasibət qurmaqda maraqlı olduqlarını da gizlətməyib: “Rusiyanı özümüzə düşmən etmək istəmirik. Ancaq səhv də edə bilmərik. Amerika öz maraqlarını, müttəfiqlərini, beynəlxalq nizamı və optimist bir gələcəyi müdafiə edir və edəcək”.

Karter çıxışında Rusiyanın Ukrayna və Gürcüstanın suverenlik haqlarını pozduğunu qeyd etdikdən sonra Suriya məsələsinə də toxunub: “Rusiya həmçinin Suriyadakı vətəndaş müharibəsini alovlandıran təhlükəli odun üzərinə benzin tökür. Halbuki, Moskva bunun tam tərsini iddia edir”.

Pentaqonun rəhbəri Rusiyanın təcavüzkar sözlərinə qarşı həm özlərinin, həm də müttəfiq və partnyorlarının qarşılaşa biləcəkləri zərərləri azaltmaq üçün əməliyyat və təcili tədbirlər planlar üzərində işlədiklərini də deyib. O, həmin planların içərisində haqqında danışmaq istəmədiyi layihələrin olduğunu bildirib.

Mütəxəssislər qeyd edirlər ki, Karterin bu sözləri açıq-aşkar hərbi təhdid və soyuq müharibə dövründən sonra verilmiş ən sərt bəyanatdır. Onların fikrincə, sözügedən çıxış həm də Vaşinqtonun Moskvanı  təhlükəsizlik təhdidlərinin ön sıralarında yer alan qüvvə kimi qəbul etdyini göstərir.