XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 16:26

Rusiyada erməni təxribatı –Polad Bülbüloğlu hadisəni Rusiya XİN-də müzakirəyə çıxardı

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb. 

Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən “Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.

Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.

Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.

Qeyd edək ki, mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşlərində erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını qaldıraraq "Artsax" deyə qışqırıblar. Ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb.

Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.

Sank-Peterburqda yürüşdə ermənilərlə insident zamanı 10 nəfər azərbaycanlı polis bölməsinə aparılsa da, sonradan onlar sərbəst buraxılıb.

APA