XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:53

Elman Rüstəmovla bağlı qərar verildi

Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Strateq.az xəbər verir ki, bu haqda Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Səməd Ziyadzadə məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi səsə qoyularaq təsdiq edilib. Həmçinin digər səs vermə ilə də Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

Qeyd edək ki, E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

X.Məmmədov isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.