XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 08:26

Şeyxdən Hacı Taleh Bağırzadəyə çağırış: “Mövqeyini müəyyənləşdir!”

seyx.jpg

 

Livanda səfərdə olan Qafqaz Müsəlmanalrı İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıdakı son dini durumla bağlı açıqlama verib.

A.Paşazadə hacı Taleh Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi” Hərəkatının mövqeyinin başa düşülən olmadığını söyləyib. “Onlar öncə mövqelərini müəyyn ertsinlər, ya ictimai, ya da dini qurum kimi qeydiyyatdan keçsinlər, istiqamətləri məlum olsun”-deyə QMİ sədri qurumu qeydiyyatsız fəaliyyətdə ittiham edib. Onun fikrincə, Hərəkat ictimai qurumdursa din adından istifadə etməməlidir, dini qurumdursa həmin çərçivəni aşmamalıdır. (Turan)

A.Paşazadə indki həssas dönəmdə qurumun din adına fəaliyyətini və baş verən son hadisləri dinin özünə zərbə adlandırıb. “Heç kəs kiminsə kimisə yad etməsinin əleyhinə deyil, amma öncə ortaya hansı adla çıxacağını müəyyn etməyi bacarmalıcan”– deyə bir daha quruma qeydiyyatdan keçərək konkret status əldə etmək tövsiyyəsi verib. QMİ sədri qurum başçılarının ölkənin ayrı-ayrı bölgələrinə aid məscidlərdə etdikləri çıxışlarda bəzi nüansların ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, konkret misal göstərmədən belə məqamların yolverilməzliyini xüsusi qeyd edib.

A.Paşazadə indiki halda istənilən insident “düşmənləri sevindirmək” kimi dəyərləndirib və bunun yolverilməzliyini xüsusi olaraq nəzərə çatdırıb. QMİ sədri polislə yaranan qarşıdurmanı da pisləyərək bunun xoşagələn hal olmadığını söyləyib.