XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2017 - 11:32

Ziya Məmmədovun 6 bahalı avtomobili müsadirə olundu –Məhkəmə icraçıları villadan apardı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil onun əlindən alınıb. 

Bu barədə jurnalist Fuad Hüseynov məlumat yayıb.

O, qeyd edib ki, maşınlar 2 gün öncə müsadirə edilib. Belə ki, avtomobillər eks-nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən Bakı şəhərinə aparılıb. Müsadirə evakuatorlarla, məhkəmə icraçıları tərəfindən həyata keçirilib.

Qeyd edilir ki, həmin avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş.

Xatırladaq ki, bir neçə gün öncə Z.Məmmədovun təyyarəsinin də ondan alındığı haqda məlumat yayılmışdı, qardaşı Elton Məmmədov isə informasiyanı təkzib etmişdi.

Qafqazinfo.az