XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 09:56

İran müdafiə naziri: “ABŞ-lı həmkarım özünü ağıllı aparsın, yoxsa…”

 

İran Müdafiə naziri Hüseyn Dehkan və Baş qərargah rəisi general Həsən Firuzabadi ABŞ Müdafiə naziri Eyşton Karterin ərəb ölkələrinin İrana qarşı döyüşməsi lazım olduğuna dair sözlərinə cavab veriblər.

Strateq.az xəbər verir ki, yarı rəsmi “Tasnim” xəbər agentliyinə görə, İran Müdafiə naziri Dehkan deyib: “ABŞ Müdafiə naziri daha ağıllı və daha diqqətli danışmalı və Amerikanı Somali, Əfqanıstan, İraq və Yəməndəki kimi başqa bəlalara sürükləməməlidir”.

İranın bölgədə sabitlik və təhlükəsizliyi təmin etməyə çalışdığını deyən Dehkan bölgədəki problemin qaynağının regionun xaricindəki dövlətlərin müdaxiləsi olduğunu ifadə edib.

İran ordusunun Baş qərargah rəisi Firuzabadi isə Karterin müsəlman ölkələri bir-biriylə döyüşdürmək istədiyi fikrindədir. Firuzabadinin fikrincə, ABŞ Müdafiə Nazirinin düşüncələri yanlış məlumata əsaslanır və o, regional məsələləri doğru anlaya bilmir.

Qeyd edək ki, ABŞ-ın yüksək tirajlı jurnallarından “The Atlantic”də nəşr olunan reportajında ​​Karter İranın Suriya, İraq, Livan və Yəməndəki hərbi varlığına işarə edərək bildirib: “Biz İranın bölgədə olmasına qarşıyıq, ancaq onlar bu oyunun içindədir. Ərəb ölkələri İranın bölgədəki nüfuzunu azaltmaq üçün piyada qoşunları ilə döyüşə girməlidirlər”.

Xatırladaq ki, İran 4 ildən çoxdur davam edən və 200 mindən çox insanın ölümünə yol açan Suriyadakı vətəndaş müharibəsində Şam rejiminə hərbi dəstək verməkdə və Yəmənlə İraqı isə məzhəbçi yanaşmalarla Tehrandan idarə etməkdə günahlandırılır.