XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2015 - 14:57

Əhməd Davudoğlu Azərbaycana gələcək

davudoğlu-1.jpg

1 noyabr növbədənkənar parlament seçkilərindən sonra qalib gəlmiş və təkbaşına hökumət qurmaq hüququ əldə edən AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu artıq istirahətini başa çatdırıb. Sabahdan etibarən Baş nazir işə başlayacaq. Türkiyə KİV-i artıq Ə.Davudoğlunun iş qrafiki ilə bağlı məlumatlar yayıb.

Türkiyə KİV-nin məlumatına görə, Ə.Davudoğlu yeni hökumətin rəhbəri kimi ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək və ardından Azərbaycana gələcək. Azərbaycandan sonra Davudoğlu İraqa gedəcək.

Bununla da o,  keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın qoyduğu ənənəyə sadiq qalacaq.

Xatırladaq ki, Ə.Davudoğlu sonuncu dəfə ötən ilin sentyabrında Azərbaycana rəsmi səfərə gəlmişdi.

Strateq.az