XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2015 - 15:44

İŞİD lideri Misirdə öldürüldü

Misirdə İŞİD liderlərindən Əşrəf Əli əl-Harabli öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əl-Harablini saxlayarkən ona odlu silahdan atəş açıb.

öldürülən İŞİD lideri qruplaşmanın Misir qanadının əsas fiqurlarından biri idi. Onun bu vaxta qədər Misirdəki bir sıra cinayətlərdə, həmçinin ABŞ və Xorvatiya vətəndaşlarının öldürülməsində əlinin olduğu bildrilir.

İtaliyanın Qahirədəki səfirliyində bu il baş vermiş partlayışın təşkilatçısı da əl-Harabli olub.

Uzun müddətdir Misirdə axtarışda olan qruplaşma rəhbəri Qahirədəki terrorların əsas təşkilatçısı Hişama əl-Əşmavinin sağ əli olub.