XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 17:47

Prezident İlham Əliyev: “İmkan verməməlisiz!”

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda ana dilinin xalqımızın həyatındakı rolundan danışarkən onun saflığının qorunub saxlanmasının vacibliyini vurğulayıb. Prezident bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu qeyd edib.

Dövlət başçısı deyib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun”(azərtac).