XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2017 - 02:54

“Eurovision-2017”:Qalib Portuqaliya təmsilçisi oldu (Video)

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, “Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında  Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  "Amar Pelos Dois" mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.

 Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.

Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib. 

Beləliklə, “Eruovision 2018” yarışması  Portuqaliyada baş tutacaq.