XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 06:44

Obamadan gecikən təbrik – 10 gün sonra

ABŞ-dan gözlənilən təbrik 10 gün sonra gəldi. Dünən gecə saatlarında ABŞ lideri Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğluna zəng edib. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama Ərdoğanla söhbətdə 1 noyabr seçkilərində əldə olunan qələbəyə görə türk xalqını təbrik edib.

Prezidentlər İŞİD və PKK ilə də bağlı söhbət aparıblar. Obama İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə ortaq səyləri davam etdirməkdə qərarlı olduğunu bildirib.

Daha sonra Davudoğlu ilə danışan ABŞ prezidenti 1 noyabr seçkilərinin nəticələrinə və çözüm mərhələsində göstərdiyi liderliyə görə baş naziri təbrik edib.

öz növbəsində Əhməd Davudoğlu da parlament seçkilərini türk xalqının demokratiyaya olan inancının nəticəsi kimi qiymətləndirib.