XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 00:27

Rusiya Uzaq Şərqdə hərəkətləndi:"Ən müasir silahlarımız savaşa hazır vəziyyətə gətirilib"

Şimali Koreyanın nüvə başlıqlı və nüvə olmayan uzaqmənzilli raketlərini tez-tez sınaqdan çıxarması səbəbindən yaranan gərginlik Rusiyanı da hərəkətləndirib.

Strateq.az Rusiya mediasına istinadən bildirir ki, artıq rəsmi Moskva Uzaq Şərqdəki ordusunu və müasir döyüş silahlarını savaşa hazır vəziyyətə gətirib.

Bu barədə Rusiya Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov açıqlama verib. O bildirib ki, Şimali Koreyanın uzaqmənzilli raketləri sınaqdan çıxarması və bununla da bölgədə yaranmış gərginlik Rusiya ordusunun Asiya və Uzaq Şərq cəbhəsində də savaşa hazır olmasını şərtləndirib: "Bu səbəbdən ordumuz Asiya cəbhəsində də savaşa hazır duruma gətirilib. Əmin ola bilərsiniz ki, özümüzü hər cür gözlənilməz hadisədən qorumaq üçün Uzaq Şərqdəki ordumuz və havadan müdafiə sistemlərimiz ən yüksək səviyyədə savaşa hazır vəziyyətdədir".