XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 08:40

Çökmüşük diz üstə, səndən yardım diləyirik…

Bu gün Türkiyə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün ölümünün 77-ci ildönümüdür.

Strateq.az xəbər verir ki, hər il olduğu kimi bu dəfə də Türk xalqı Atatürkü böyük sevgi və hörmətlə yad edir. Səhər saatlarından insanlar «Anıtkabir»i ziyarətə edərək gül dəstələri qoyur, öndərin ruhuna dualar oxuyurlar. 

Paytaxt Ankarada rəsmi tədbir təşkil olunub. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla hökumət üzvləri «Anıtkabir»i ziyarət ediblər. Hökumət üzvlərinin ziyarətində müxalifətdən yalnız CHP başqanı Kamal Kılıçdaroğlu gözə dəyib.

Türkiyədə nəşr olunan qəzetlərin demək olar ki hamısı Atatürkün ölüm ildönümünü baş xəbərə çıxarıb. 

Sərt mövqeyilə fərqlənən «Sözcü» qəzeti isə ön səhifədə «Hamımız Atatürkük» başlığı altında Attila Damarın şeirini verib. Müəllif şeirdə Atatürkə olan özləmi dilə gətirməklə yanaşı, müasir Türkiyənin rəhbərliyini, yürüdülən siyasəti kəskin tənqid edib. Rüşvət, korrupsiya və rəzilliyin dizboyu olduğunu yazan Attila Damar Atatürkə xitabən “çökmüşük diz üstə, səndən yardım diləyirik…” deyir. 

Qəzet manşetlərini Atatürkün Türk xalqı qarşısında böyük xidmətlərinə və xatirəsinə sevgi, ehtiram əlaməti olaraq «Anırıq, axtarırıq…» ifadələri bəzəyib.