XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 19:57

Prezident Nazirlər Kabinetinin səlahiyyətini məhdudlaşdırdı –FHN-nin Akademiyası ilə bağlı

Bu gün Preziident İlham Əliyev  "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən,  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. 9.18-ci bənddə "Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri "Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

2. 9.18-1-ci bənd ləğv edilsin.