XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 12:15

Yeni seçilən deputatlar nə vaxt təsdiq olunacaq? – MSK tarixi açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.

Bu barədə MSK katibi Mikayıl Rəhimov Modern.az saytına bildirib.
 
M.Rəhimov deyib ki, qanunvericiliyə görə, yeni seçilən deputatların siyahısı səsvermə günündən sonrakı 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilməlidir.
 
MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edir.
 
Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.