XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 13:36

Mübahisəli dairədə daha bir məntəqənin nəticəsi ləğv edildi – Ağazadə – Əlizadə “döyüş”ü davam edir

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

MSK üzvü Ramiz İbrahimov deyib ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğvini xahiş edib: “O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orada hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilməlidir. çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.

R. İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri də ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib(APA)

Strateq.az xəbər verir ki, bu məntəqənin nəticəsinin ləğvindən sonra İqbal Ağazdə 192, MSK-nin deputat elan etdiyi Araz Əlizadə isə 273 səs itirib. Bu isə Araz Əlizadənin qələbəsinə mane olmur.