XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 12:33

Türkiyə kəşfiyyatı:"İŞİD boğazda Rusiya gəmilərinə qarşı terror törədə bilər"

Türkiyə Rusiyanın hərbi dəniz donanmasına aid gəmilərə qarşı terror aktları törədilə biləcəyini bəyan edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Türkiyə kəşfiyyatı İŞİD qruplaşmasının İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmilərinə qarşı terror aktları planlaşdırdığı ilə bağlı məlumat əldə edib.

Məlumata əsasən hücumlar raket zərbələri vasitəsilə həyata keçirilə bilər. Məsələ ilə bağlı İstanbulun təhlükəsizlik orqanları boğaz yaxınlığında zərbələrin endirilə biləcəyi 146 mümkün nöqtədə müşahidə aparır. Boğazdan keçərkən Rusiya gəmilərini müşayiət etmək üçün helikopterlər və sahil mühafizəsinə aid əlavə katerlərdən istifadə olunması nəzərdə tutulub.

APA