XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 13:24

PA-nın İşlər İdarəsi ilə Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək –Qanun dəyişdi

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək.

Bununla bağlı "Pasportlar haqqında" qanuna dəyişiklik bu gün Milli Məclisdə keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Həmin siyahıya əsasən, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilir.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığından onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif olunub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Report