XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 17:11

Universitet partladıldı: 22 ölü, 60-dan çox yaralı var – VİDEO

Suriyanın Latakiya şəhərində universitetin qarşısında partlayıcı qurğunun partladılması nəticəsində 22 nəfər həlak olub.

Hhadisə nəticəsində daha 60 nəfər ağır yaralanıb. Partlayışın səbəbləri haqqında məlumatlarda ziddiyətlər var. Versiyalardan birinə görə, bina qarşısında partlayan bomba avtomobildə olub. Başqa versiyaya görə, universitetə iki qrad raketi atılıb.

Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış. Həmçinin iki məhlə kənarda – bağçada partlayıcı qurğu işə düşüb. Hazırda Latakiya hökumət qüvvələrinin nəzarəti altındadır.

Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib. Ancaq bunun məhz hansı qrup olduğu bilinmir.

Suriya dövlət televiziyasının bildirdiyinə görə, atılan iki mərmi Tişrinsk universitetinin tələbə şəhərciyi yaxınlığında partlayıb.

Xatırladaq ki, Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.


ANS