XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 18:24

Cəbhəboyu zonada gücləndirilmiş təhlükəsizlik rejimi olacaq –Fərman

Bu gün Prezident İlham Əliyev "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman verib.

Strateq.az xəbər verir ki, Fərmana əsasən, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə belə qərar alınıb:

1. "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.