Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə "20 Yanvar Şəhidi” fəxri adı verilib:
Adilov Musa Ramazan oğlu
Məmmədova Rəna Təyyar qızı.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.