XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 05:32

ABŞ-ın hərbi büdcəsi qəbul edilib – 607 milyard dollar

absh-1.jpg

ABŞ Senatı yenilənmiş milli müdafiə büdcəsini qəbul edib. 2016-cı il üçün milli müdafiə büdcəsinin qəbul olunması lehinə senatorların əksəriyyəti səs verib. Yeni büdcə müdafiə xərclərinin 5 milyard dollar azaldılmasını nəzərdə tutur. Bundan əvvəl oktyabrda Senat tərəfindən qəbul olunmuş əvvəlki büdcə layihəsinə prezident Obama veto qoymuşdu.  

Senat tərəfindən təsdiqlənən  ABŞ-ın  yeni milli müdafiə büdcəsində hərbi xərclərin 607 milyard dollar olacağı nəzərdə tutulub.

Röyter agentliyi A. Ev rəsmisi Coşua Ernestin sözlərinə istinad edərək prezident Obamanın böyük ehtimalla hərbi büdcəni təsdiqləyəcəyini qeyd edir.

ABŞ hərbi büdcəsində Ukraynaya hərbi yardım göstərilməsi üçün 300 milyon dollar ayrılması nəzərdə tutulub.  Bu vəsait Ukraynanın təhlükəsizlik və kəşfiyyatla bağlı xərcləninin ödənməsi üçün ayrıla bilər. Sənəddə eyni zamanda Ukraynaya hücum silahlarının, tank əleyhinə silahlar və minatanlar verilməsini də nəzərdə tutur.

Hərbi büdcədə Quantanamo həbsxanasının bağlanmasını qadağan edən bənd də mövcuddur.  Baxmayaraq ki, prezident Obama Ağ evi tərk edənə qədər bu həbsxananın bağlanacağı vədi verib.

Strateq.az